Nilgün Karabulut'un sitesine hoş geldiniz!
Olmaya cihanda bir nefes sıhhat gibi.

PKK'NIN MALİYE KAYNAKLARININ YAYINLANDIĞI GAZETE

nelly

yorumsuz olarak gazeteyi kopyalıyorum.Ve ateş olmayan yerden dumanın tütmediğine kanıt.





















   
 














Axtar
















































ANA SƏHİFƏ
Son xəbər
Gündəm
Araşdırma
Siyasət
Müsahibə
Sosial
Dünya
Maraq
Tarix
Mənəviyyat
Bu bizik
Bizimlə əlaqə
 · Bir yəhudinin etirafı
 · Qərb növbəti dəfə hicabı təhqir etdi
 · Təbrizdəki Ərk qalası məhv edilməkdədir
 · 4 nəfərlik pariyanın "gurultulu" qurultayı
 · “Qurana-Hə, Amerikaya - Yox!”
 · İqbal Ağazadə nədən narazıdır?
 · “Elçi”-Fikrət Fəraməzoğlu davası davam edir
 · Emete Gözügüzelli:Domuzlar Çirkefsiz Yaşayamaz! (I)
 · Rauf Arifoğlundan Əli Kərimliyə sərt mesaj
 · Futbolda cadu





Azərbaycan xalqının ümummilli liderinin saytı

Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı



quality="high" bgcolor="#ffffff" width="100" height="50" name="found"
align="middle" allowScriptAccess="sameDomain"
type="application/x-shockwave-flash"
pluginspage="http://www.macromedia.com/go/getflashplayer" />


Azərbaycanın birinci xanımının saytı

Hər şey Azərbaycan haqqında





Baş redaktor:
Aqil ƏLƏSGƏR
Redaktor müavini:
Namiq ZEYNƏDDİN
Redaksiyaya zəng:
(+99455) 211-11-82
































DÜNYA:  PKK-nın maliyyə qaynaqları açıqlandı




[ Sayta qoyulub: 13:30 14.03.2008 ] Oxunub: 252

İllik gəliri 500 milyon avroya çatan terror təşkilatı İran və Ermənistanla ciddi əlaqəyə malikdir

PKK terror təşkilatının illik gəliri 500 milyon avroya yaxındır. Bu məlumatla Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, ordu generalı Ərgin Sayqun çıxış edib. Ankarada Türkiyə Baş Qərargahı tərəfindən təşkil edilmiş terrorla mübarizəyə dair beynəlxalq simpoziumun yekununda çıxış edən general bildirib ki, kəşfiyyat və digər mənbələrdən əldə edilən məlumatlara görə, PKK mafiya şəklində fəaliyyət göstərən beynəlxalq terror təşkilatı olaraq çoxsaylı mənbələrdən gəlir əldə edir. Özü də bu gəlirlər son 3-4 il ərzində iki dəfədən çox artıb.


“PKK-nın eyni zamanda mütəşəkkil cinayətkar şəbəkə olduğu aşkardır. Bu məqam br sıra beynəlxalq hesabatlarda əksini tapıb. Terror təşkilatı başda narkotik vasitələr olmaqla insan, siqaret, yanacaq və silah alveri, xərac toplama, saxta şirkətlər təsis edərək qeyri-leqal pul dövriyyəsi, çirkli pulların leqallaşdırılması kimi qanunsuz fəaliyyətlər yoluyla böyük miqdarlarda gəlir əldə edir” deyə general bildirib. Sayqunun dediyinə görə, Avropa ölkələri terror təşkilatının maliyyə qaynaqlarınının kəsilməsi yönündə ciddi fəaliyyət ortaya qoymurlar. O deyib ki, son məlumatlara görə, PKK-nın illik gəliri 500 milyon avroya yaxındır, bunun 200-250 milyon avrosu narkotik tranzitindən və satışından, 100-150 milyon dolları siqaret, insan, yanacaq və silah alverindən, qalanı isə müxtəlif formalarda edlən yardımlardan əldə olunur. Sayqunun bildirdiyinə görə, PKK əldə etdiyi silahları təkcə özü istifadə etmir, çox uzaqlarda fəaliyyət göstərən digər terror qruplarına da satır. “Terror təşkilatı Avropa ölkələrindəki narkotik dövriyyəsinin 80 faizə yaxınına nəzarət edir, lakin bu ölkələr onların xalqlarını zəhərləyən bu təşkilata qarşı laqeyddir”, - deyə Sayqun bildirib.

Açıqlanan rəqəmlərdən görünür ki, PKK-nın gəlirləri son illər ərzində iki dəfədən çox artıb. Avropa Birliyinin polis təşkilatı olan EUROPOL-un 2005-ci ilə olan hesabatında deyildiyinə görə, PKK yuxarıda sözügedən qanunsuz yollardan ildə 300 milyon dollar gəlir götürürdü. Təşkilatın bildirdiyinə görə, Orta Asiyadan Avropaya uzanan narkotik tranziti marşrutu PKK-nın nəzarətindədir. Narkotik maddələr əsasən Rumıniya və İngiltərə üzərindən Avropa ölkələrinə keçirilir. Narkotik maddələr Əfqanıstan və Pakistandan, habelə İrandan daşınır və tranzit kimi isə Azərbaycan ərazisindən istifadə olunur.

PKK-nın narkotik tranziti marşrutunun Azərbaycandan keçdiyini Türkiyənin polis mənbələri də təsdiq edir. “Polishaber.com” saytında yer alan məlumatlarda deyilir ki, Türkiyənin hüquq-mühafizə orqanları PKK-nın iki əsas narkotik tranziti marşrutunun olduğunu müəyyən edib. Bunlardan biri Rusiya, Ukrayna və Polşa üzərindən Qərbi Avropaya doğru uzanır. Digər marşrut isə, İran-Azərbaycan-Ermənistan-Gürcüstan-Rusiya-Avropa təşkil edir. Lakin PKK-nın narkotik tranzitindən əldə etdiyi gəlirlər daha böyük, hətta fantastik ola bilər. Belə ki, təkcə ötən il Türkiyə ərazisində ələ keçirilən və bazar qiyməti 2 milyard dolları keçən heroinin 2 tonu PKK-ya aiddir. Türkiyəin polis kəşfiyyatı mənbələrinin məlumatlarına görə, İrandan daşınan narkotik qatır və atlarla dağlıq ərazilərdən keçirilərək Van vilayətinə, oradan isə İstanbula gətirilir. Azərbaycan ərazisindən keçərək daşınan narkotik isə əsasən iritonnajlı yük maşınlarında daşınır. Xatırladaq ki, son vaxtlar Azərbaycanın hüquq-mühafizə orqanları ölkə ərazisində İrandan gətirilmiş böyük miqdarda narkotik maddə ələ keçiriblər.

PKK-nın gəlir mənbələrindən biri olan siqaret qaçaqmalçılığının da marşrutu Azərbaycan üzərindən keçir. Bu haqda yerli mətbuat əvvəllər dəfələrlə yazıb. Avropa Birliyinin hesabatında deyilirdi ki, PKK-nın təkcə siqaret qaçaqmalçılığından əldə etdiyi gəlirlər ildə 300 milyon dollara yaxındır. Terror təşkilatının yanacaq qaçaqmalçılığı da Azərbaycandan yan keçmir. Dəfələrlə yerli mənbələr və Türkiyə KİV-lərində Azərbaycandan İraqın şimalına qaçaq yolla yanacaq daşınması faktları haqda yazıb. Bununla belə, PKK-nın gəlir mənbələrindən bir çoxu elə Türkiyənin özündədir. Bu yaxınlarda “The Guardian” qəzeti yazmışdı ki, PKK-nın maliyyə qaynaqları arasında Türkiyədəki kürd əsilli iş adamları və sahibkarlar da var.

F.Məmmədov/YM



 







Əlavə keçidlər


Oxşar xəbərlər:
· “Dığabaşı” kim olacaq?
· Uzaqdakı dost ölkə: Suriya
· «İranlılıq» Düşüncəsinə Gedən Yol
· «İranlılıq» Düşüncəsinə Gedən Yol
· «Troya atları» ilə işğal
· İkinci I Pyotr: Vladimir Putin
· "Amerika 28 ildir ki, bizi hədələyir, təhqir edir"
· İranın nüvə siyasəti hərbi məqsədlərə hesablanıb

DÜNYA bölümünün son 20 xəbəri:
· “AKP bağlanacaq” qorxusu…
· Türkiyəni çalxalayan gizli "dinləmə" skandalı (yenilənib)
· "Milli duyglarına sahip çıkanların her zaman yolu açık olsun"
· DAK-ın Qurultayına hazırlıq işləri davam edir
· Rüstəmxanlıdan Xameneyiyə açıq mesaj: Bu millətdən və Allahdan qorxun!
· İranda Azərbaycan Türklərinə qarşı vandalizm hərəkatı davam edir
· Dini Komitə ABŞ Dövlət Departamentinin cavabını verdi
· Əyyaş eks-prezidentin ölümünün ildönümü
· İrandan Azərbaycana «narkotika» ixracı...
· Uzaqdakı qardaş ölkə: Pakistan
· Ərdoğan Nazirlər Kabinetini fətullahçılardan təmizləyəcək
· Vatikan müsəlmanlarını xristianlaşdırmağa çalışır
· Rusiya ermənipərəstliyini gizlədə bilmir
· Davam edir “İslamafobiya”...
· Rədd olsun ermənipərəst ATƏT-in Minsk Qrupu!
· Türkiyədə kimin əli kimin cibindədir?
· Türkiyənin “partiya qəbristanlığı”
· PKK-nın maliyyə qaynaqları açıqlandı
· "Üçüncü Cihad Dalğası"
· Ermənistanın paytaxtında Türk şirkəti!


Çap variantı  Dosta göndər


 







Date: 21 May 2008, Wednesday
Comments (3) | Add Comment


Comments (3)

wind

bu nasıl iştir yani hafızam almıyor:(
eline sağlık arkadaşım:)
(21/05/2008 23:24)

nelly

dilleri bizim dilimize yakın Azerbeycan'ın,birazda boşluk doldurunca anlaşılıyor.Teşekkürler yorumuna.
(22/05/2008 00:14)

wind

Ateş olmayan yerden duman tütmüyor biz farkındayız da acaba farkına varması gerekenler ne yapmakta?Dillerini az çok çözdüm ve de hoşuma gitmedi:(
(22/05/2008 02:50)

Add a new comment:
Name:
E-Mail:
Your website (if you have):
Your Message:
Security Code:

Sponsor